Fransa siyasətçiləri Makronun Suriyaya hücumda iştirakını qınayıblar
-
Fransa siyasətçiləri Makronun Suriyaya hücumda iştirakını qınayıblar
Fransanın ABŞ və Britaniyanın Suriyaya qarşı hərbi müdaxiləsinə qoşulması bu ölkə siyasətçiləri arasında geniş etirazlara səbəb olub.
İRNA-nın verdiyi məlumata görə, Fransa Milli Cəbhəsi Partiyasının sədri Marin Lopen tvitter səhifəsində yazıb: Fransanın Suriyaya qarşı hərbi hücumu ölkəmizi proqnoz edilməyəcək bir istiqamətə sürükləyib və bunun acınacaqlı nəticələri ola bilər.
Başqa bir siyasətçi Valeri Buyer Makron hökumətinə qarşı çıxaraq deyib: Fransa tamamiylə terrorizm ilə mübarizədə qayib olarkən Makron BMT-nin icazəsi olmadan ABŞ-ın Rusiyaya qarşı siysətlərinə tabe olmaq rusvayçılığına girdi.
Başqa fransız siyasətçi Nikolas Bay da tvitter səhifəsində deyib: Suriya hökumətinə qarşı hərbi hərəkət qəbulolunmazdır və beynəlxalq qanunların açıq-aşkar pozulması deməkdir.
Fransa solçularından olan Jan Luk Melanşon deyib: Emanuel Makronun ABŞ-ın siyasətlərinə tabe olması qəbuledilməzdir və bu kimi hərəkətlər qarşıdurma ehtimalını gücləndirir.