Apr 17, 2018 17:55 Asia/Baku
  • Rusiyanın cənubunda bir terror qrupu darmadağın edilib
    Rusiyanın cənubunda bir terror qrupu darmadağın edilib

Rusiya Federal Təhlükəsizlik Xidməti- FSB bildirib ki, bu ölkənin cənubunda İŞİD-in tabeliyində olan terror qrupunun hərəkətinin qarşısını almağa və onu darmadağın etməyə müvəffəq olub.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin ictimai əlaqələr şöbəsi bildirib ki, bu ölkənin cənubunda yerləşən Rostov vilayətində fəaliyyət göstərən həmin terror qrupu Rusiyada terror əməliyyatı həyata keçirmək üçün Suriyadakı İŞİD terrorçularından göstəriş almışdı.

Rusiya Federal Təhlükəsizlik Xidməti əlavə edib: Terrorçuların başçısı həbs olunarkən özünü partladaraq, ölüb, amma digər üç terrorçu həbs olunubdur.

Teqlər