Apr 23, 2018 12:05 Asia/Baku
  • Quterreş: Soyuq müharibə dövrünə gedirik
    Quterreş: Soyuq müharibə dövrünə gedirik

Birləşmiş Millətlər Təşkilatının baş katibi bildirib: Dünya hazırda başqa bir soyuq müharibənin şahididir.

BMT baş katibi Antonio Quterreş İsveçin SVT televiziyası ilə müsahibədə deyib: Soyuq müharibə yenidən dünyaya qayıdıb. Lakin ABŞ və Rusiya ötən soyuq müharibə kimi, hər bir nüansa nəzarət edə bilmirlər. Çünki region ölkələri də çox aktivdirlər. 

Antonio Quterreş əlavə edib: Ötən soyuq müharibə dövründə dialoq, nəzarət və əlaqə üçün proseslər vardı və durum nəzarətdən çıxmırdı. Lakin bu proseslər hazırda yoxdur. 

Rusiyanın ABŞ və bəzi qərb ölkələri ilə münasibətləri, Suriya, Ukrayna və Sergey Skripal və qızının zəhərlənməsi kimi məsələlərdə gərgindir. 

Vaşinqton 2014-cü ildən Avropa Birliyi ilə birlikdə Rusiya əleyhinə iqtisadi siyasətlər və sanksiyalar yolunu seçdi. Şimali Atlantik Alyansı NATO və ABŞ hərbçiləri də modern silah-sursat və raketlərlə Rusiya sərhədi yaxınlığında Baltik və Şərqi Avropa ölkələrində yerləşdirildi. 

Rusiya ABŞ və Ağ Evin qərbli müttəfiqlərinin gərginlik yaradan hərəkətləri haqda dəfələrlə xəbərdarlıq edib. 

Teqlər