Pxenyan müfəttişlərin iştirakı ilə ballistik raketlərin məhvi ilə razılaşıb
May 03, 2018 18:13 Asia/Baku
Şimali Koreya beynəlxalq müfəttişlərin bu ölkənin nüvə obyektlərinə baxış keçirməsi və qitələrarası ballistik raketlərin məhv edilməsi ilə razılaşıb.
İSNA-nın məlumatına görə, Yaponiyanın Asahi qəzeti iddia edib ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin və atom üzrə müfəttişlərdin bir qrupu Şimali Koreyanın nüvə obyektlərinə baxış keçirmək üçün bu ölkəyə daxil olub.
Məlumata görə, Şimali Koreya hökuməti həmçinin ilk dəfə olaraq beynəlxalq müfəttişlərin bu ölkənin nüvə obyektlərinə baxış keçirməsi ilə razılaşıb.
Bundan öncə Şimali Koreya lideri Kim Çen In bildirmişdi ki, Pxenyan gələn ay nüvə obyektinin fəaliyyətini dayandıracaq və nüvə ekspertləri, həmçinin jurnalistləri bu obyektlə yaxından tanış olmağa dəvət edəcək.