Aİ: Proteksionizm iqtisadi inkişafı hədələyir
Avropa İttifaqının iqtisadi məsələlər üzrə komissarı xəbərdarlıq edərək bildirib ki, ticarət proteksionizminin qəfil artmı avro məntəqəsində iqtisadi inkişaf üçün ən böyük təhdiddir.
Pyer Muskoviçi vurğulayıb ki, ticarət proteksionizminin şiddətlənməsi ümumdünya iqtisadi perspektivi üçün neqativ və aşkar bir təhlükədir.
Avropa Birliyinə üzv bütün 28 ölkə ilə bağlı informasiyalara şamil olan cari və gələn milad ilinin iqtisadi proqnozu barədə hesabat təqdim edən bu birliyin iqtisadi məsələlər üzrə komissarı deyib ki, iqtisadi perspektivi üçün ən böyük təhlükə və təhdid, proteksionizm məsələsidir və bu, adi bir məsələyə çevrilməməlidir.
Belə bir halda, ticarət tarifləri barədə Amerika ilə davamlı ticarət münaqişəsi Avropada iqtisadi nigarançılığa səbəb olubdur.