AB nüvə sazişinin qorunmasının vacibliyini vurğulayır
ABŞ prezidenti Donald Trampın nüvə sazişini davamlı şəkildə hədələdiyi bir halda, Avropa Birliyinin əsas aparıcı ölkələri bu sazişini qorunmasını tam şəkildə vurğulayırlar.
Avropa rəsmiləri bu günlər nüvə sazişində qalmaqdan söz açırlar. Fransa xarici işlər naziri Le Drian Berlində.
Fransa xarici işlər naziri Le Drian deyib: Fransa Almaniya və İngiltərə ilə birlikdə ABŞ-ın nüvə sazişindən çıxmaq üzrə ehtimal olunan qərarına rəğmən, onu qoruyurlar. Çünki bu, atomun yayılmasının qarşısını almaq üçün ən yaxşı yoldur.
Almaniya xarici işlər naziri Hayko Mas da ABŞ-ın qərarına rəğmən, ölkəsinin nüvə sazişini qorumaq üçün mümkün hər bir addımı atacağını deyib.
Almaniya xarici işlər naziri Hayko Mas deyib: İranın nüvə fəaliyyətlərində nəzarət mexanizmləri üçün heç bir yararlı alternativ təsəvvür olunmur. Bir məğlubiyyət və ya uğursuzluq bizi anlaşmadan öncəki duruma qaytara bilər. Bunu da heç kim arzulamır.
Belə bir halda, Almaniya mediaları Trampın nüvə sazişindən çıxmaq üzrə verdiyi vaxtın bitməsinə yaxınlaşdıqca, onu xüsusi ifadələrlə xatırlayırlar. Di-sayt həftəliyi belə bir başlıq seçib ki, görəsən Tramp bu dəfə dişləyəcəkmi? Və təhlil edib ki, Tramp dişləmir, hürür.
Bir alman politoloq deyib: ABŞ prezidentinin nüvə sazişindən çıxması üçün heç bir üzr yoxdur. Bu, siyasi özbaşınalıq və kovboyluq xüsusiyyətidir.
Eyni zamanda Trampı proqnozedilməyəcək şəxs adlandıranlar üçün başqa ssenarilər də vardır.
Münhen Təhlükəsizlik Konfransının rəhbəri Volfqanq İşşinger deyir: Bu sazişin qorunması üçün mümkün hər bir iş görülməlidir.
Münhen Təhlükəsizlik Konfransının rəhbəri Volfqanq İşşinger deyib: ABŞ-ın birtərəfli qaydada çıxması ilə nüvə sazişi ləğv olunarsa, vəziyyət daha da təhlükəli olacaqdır. Çünki təbii ki, İran da bu sazişdən çıxa bilər. Belə olduğu halda, böhran dövriyyəsi daha da sürətlənəcək. Fikrimcə, Almaniyanın ən yaxşı görə biləcəyi iş, Amerikanın çıxdığı halda, nüvə sazişini qorumaq üçün dövlət başçılarının konfransını təşkil etməkdir.
Almaniyada İranın müdafiə potensialları haqda ABŞ-ın iddiaları təkrarlansa da, amma onlar nüvə sazişində qalmağı daha çox Avropa Birliyi və özlərinin mənafeyi istiqamətində hesab edirlər.
ABŞ-ın ehtimal üzrə nüvə sazişindən çıxdığı zamanadək avropalılar tərəfindən başqa ssenariləri gözləmək lazımdır.