Pompeo: Avropa nüvə anlaşmasına dəyişikliyin edilməsi ilə razılaşmadı
ABŞ dövlət katibi ölkəsinin İran ilə nüvə anlaşması barədəki mövqeyini avropalılara qəbul etdirə bilmədiyini etiraf edərək, deyib: Avropalılar bu anlaşmaya düzəlişin edilməsi ilə razılaşmadılar. Amma, biz hələ də buna ümidvarıq.
ABŞ dövlət katibi Mayk Pompeo bazar günü CBS telekanalına verdiyi müsahibədə nüvə anlaşmasında dəyişikliklərin aparılması məsələsində avropalıları razı sala biləcəyinə ümidvar olduğunu deyərək, əlavə edib: Avropalılar 90 günlük möhlətə malik idilər. Amma, bu anlaşmaya düzəlişin edilməsi ilə bağlı şərtləri qəbul etmədilər.
Pompeo əlavə edib: Vaşinqton qarşıdan gələn həftələr ərzində bu mövzu üzərində ciddi işlər görəcək və avropalıların diqqətini daha böyük bir anlaşmaya cəlb etməyə çalışacaq.
ABŞ dövlət katibi daha sonra müdaxilə xarakterli fikirlər səsləndirib və Tehrandan casusluq və ya təhlükəsizlik məsələləri ilə əlaqədar həbs edilmiş bütün ABŞ və Avropa vətəndaşlarının sərbəst buraxılmasını və onların öz ölkələrinə qaytarılmasını istəyib.
ABŞ hökumətinin nüvə anlaşmasından çıxması ciddi beynəlxalq reaksiyalara və Avropa ölkələrinin etirazlarına səbəb olub.