May 18, 2018 13:02 Asia/Baku
  • ABŞ prezidentinin Pxenyan lideri ilə görüşünün ləğvi ehtimalı artıb
    ABŞ prezidentinin Pxenyan lideri ilə görüşünün ləğvi ehtimalı artıb

Şimali Koreya və ABŞ başçıları arasında höcətləşmələrin şiddətlənməsilə Amerika prezidenti Donald Trampın Şimali Koreyanın rəhbəri Kim Çen In ilə görüşünün ləğv olunması ehtimalı güclənibdir.

Trampın milli təhlükəsizlik müşaviri Con Bolton bir neçə gün bundan öncə bildirmişdi ki, "Liviya modeli" Şimali Koreya ilə gələcək müzakirələrin meyarı olacaq. Liviyanın sabiq diktatoru Muəmmər Qəzzafi sanksiyaların aradan götürülməsi qarşılığında bu ölkədə kimyəvi silah və nüvə proqramlarının dayandırılması ilə razılaşmışdı. Amma 2011-ci ildə Liviyaya da sirayət etmiş ərəb dünyasında etirazların başlanması ilə bu ölkə NATO-nun hava hücumlarına məruz qaldı və Qəzzafi liviyalı müxaliflər tərəfindən əvvəl devrildi, sonra isə öldürüldü.

Con Boltonun sözləri Şimali Koreya rəsmilərinin reaksiyası ilə üzləşib. Şimali Koreya rəsmiləri Amerikanı birtərəfli nüvə tərksilahına səy göstərməkdə ittiham edərək, bildiriblər ki, Vaşinqtonun Pxenyana qarşı hədələrinin davam edəcəyi halda, Trampın gələn ay Şimali Koreyanın rəhbəri ilə olacaq görüşünü ləğv edəcəklər.

Teqlər