Avropa valyutanı birbaşa İranın Mərkəzi Bankına köçürməyi təklif etdi
Avropa Komissiyası Avropa dövlətlərinin ABŞ-ın cəzalarından qorunmaq üçün maliyyə köçürmələrini birbaşa şəkildə İranın Mərkəzi Bankı ilə həyata keçirmələrini təklif edib.
Röytersin məlumatına görə, AVropa Birliyinin rəsmisi bildirib: Avropa Komissiyası ABŞ-ın cəzalarından qorunmaq üçün Avropa dövlətlərinin birbaşa şəkildə İranın Mərkəzi Bankı ilə maliyyə köçürmələrini həyata keçirmələrini təklif edir.
Adının açıqlanmasını istəməyən avropalı rəsminin sözlərinə görə, bu addım Avropa şirkətlərinə İrandan ixrac olunan neftin pulunu ödəmək, İran sərmayəsinin Avropadan bu ölkəyə qayıtması imkanını yaradır.
Avropa Birliyi rəsmisi deyib ki, bu layihənin detalları haqda ekspert işi həyata keçirilməlidir.
Röyters bildirib ki, indiyədək İrandan ən böyük neft idxalçısı olan Avropa Birliyi hazırda nüvə sazişini qorumaqda ciddidir.
Avropa Birliyinin enerji komissarı da gələn həftə İran rəsmiləri ilə müzakirə aparmaq üçün Tehrana gələcək.
Avropa Birliyi rəsmiləri cümə axşamı günü Bolqarıstan paytaxtı Sofiyada nüvə sazişinin qoruması üçün vahid mövqenin sərgilənməsini vurğulayıblar.
Bu iclasın ardınca, Avropa Birliyi İranda Avropa şirkətlərinin mənafeyinin qrounması ilə əlaqədar qanunun icrasının hüquqi prosesinə başlayıb.