May 23, 2018 19:21 Asia/Baku
  • Vaşinqtonun Pxenyan qarşısındakı tərəddüdləri
    Vaşinqtonun Pxenyan qarşısındakı tərəddüdləri

RTBF informasiya saytı yazıbdır ki, Şimali Koreyanın öz nüvə silahlarını yığışdırmağa çalışmasına rəğmən, Vaşinqton hələ də Pxenyan qarşısında tərəddüd keçirir.

RTBF teleradio kanalının informasiya saytı bir reportajda yazıbdır ki, ABŞ prezidentinin Şimali Koreya barədəki hədələrinə rəğmən, bu ölkə öz nüvə silahlarını yığışdırmağa çalışması üzrə xoşməramlılığını sübuta yetiribdir.

Belə bir halda, Amerika Cənubi Koreya ilə birgə manevr keçirərək, Şimali Koreya rəhbərini reaksiyaya məcbur edibdir.

Həmçinin Tramp Vaşinqtonda Cənubi Koreya prezidentilə görüşdə deyibdir ki, yaranmış şəraitə görə, ola bilsin, Şimali Koreyanın rəhbəri Kim Çen In ilə iyunun 12-də Sinqapurda keçirilməli olan görüşü baş tutmasın.

ABŞ-ın dövlət katibi Mayk Pompeo da deyibdir ki, bu məsələ barədə müzakirələrin nəticə vermək üçün uzun bir zamana ehtiyac olub-olmadığını bilmək istəyir.

Vaşinqton Şimali Koreyanın bütün nüvə fəaliyyələrinin bağlanmasını və geriyədönməz olmasını istəyir, Pxenyan isə daim bildiribdir ki, onun hərbi qüdrəti ABŞ-ın hərbi hədələri qarşısında bir zəmanətdir.

Teqlər