Pekin nüvə sazişinin qorunması və icrası ardıncadır
May 24, 2018 12:54 Asia/Baku
Çin Xarici İşlər Nazirliyinin sözçüsü çərşənbə günü bildirib: Pekin nüvə sazişinin qorunması və icrası üçün bütün tərəflərlə danışıq və koordinasiyaya çalışacaqdır.
İRNA-nın məlumatına görə, Lu Kanq nüvə sazişinin dünyanın stabilliyinin qorunması üçün lazım olduğunu bildirərək deyib: Nüvə razılaşması digər beynəlxalq məsələlərin həlli üçün örnəkdir.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Pekin bütün tərəflərdən üvə sazişində öz öhdəliklərini yerinə yetirməsini istəyir.