Makronun ifşaçılığı Ərəbistanı qəzəbləndirdi
https://azeri.sahartv.ir/news/dünya-i310086-makronun_ifşaçılığı_Ərəbistanı_qəzəbləndirdi
Fransa prezidenti Emanuel Makronun Livanın baş naziri Səəd Həririnin Ərəbistanda bir neçə həftə həbs olunmasına dair sözləri Ər-Riyad başçılarını qəzəbləndirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 29, 2018 12:45 Asia/Baku
  • Makronun ifşaçılığı Ərəbistanı qəzəbləndirdi
    Makronun ifşaçılığı Ərəbistanı qəzəbləndirdi

Fransa prezidenti Emanuel Makronun Livanın baş naziri Səəd Həririnin Ərəbistanda bir neçə həftə həbs olunmasına dair sözləri Ər-Riyad başçılarını qəzəbləndirib.

İRNA-nın məlumatına görə, Ərəbistanın dövlət xəbər agentliyi VAS çərşənbə axşamı Ərəbistanın Xarici İşlər Nazirliyinə istinadla Səəd Həririnin həbsdə saxlanılması ilə bağlı Makronun söylədiklərinin doğru olmadığını, Ər-Riyadın daim var gücü ilə Livanda təhlükəsizliyi müdafiə etdiyini bildirib. 

Livanın baş naziri Səəd Həriri 2017-ci ilin 4 noyabrında Ərəbistanın təzyiqləri altında Ər-Riyadda öz vəzifəsindən istefa verdiyini elan etdi.

Daha sonra Fransanın vasitəçiliyi ilə zorla Ərəbistanda saxlanılan Həriri bu ölkəni tərk edərək, Fransaya, oradan da öz ölkəsinə səfər etməyə nail olur. Livana geri döndükdən sonra Həriri istefasını geri götürərək, yenidən baş nazirlik postuna geri döndü.