May 31, 2018 14:10 Asia/Baku
  • Şimali Koreya və ABŞ rəsmilərinin Nyu-York müzakirələri

ABŞ dövlət katibi və Şimali Koreya rəhbərinin müavini Nyu-Yorkda görüşüblər.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, ABŞ dövlət katibi Mayk Pompeo və Şimali Koreya rəhbərinin müavini Kim Yunq Çul Nyu-York müzakirələrinin ikinci günündə Pxenyanın nüvə proqramından bəhs ediblər.

Pompeo və Yunq Çul ABŞ prezidenti Donald Tramp və Şimali Koreya rəhbəri Kim Çen İn arasındakı görüşə hazırlıq işlərini müzakirə edirlər.

Həmçinin, Nyu-Yorkda bağlı qapılar arxasında baş tutan və 90 dəqiqə sürən  şam ziyafətində də Pompeo və Yunq Çul arasında danışıqlar olub. Bu danışıqların detalları məxfi saxlanılır.

ABŞ prezidenti öz Tvitter hesabında paylaşdığı yazıda Şimali Koreya ilə müzakirə aparmaq üçün böyük bir komanda təşkil etdiyini və Şimali Koreyanın rəhbəri ilə bağlı görüşü haqda danışıqların davam etdiyini bildirib.

Bu arada Şimali Koreyanın rəsmi xəbər agentliyi, ABŞ və Şimali Koreya başçılarının görüşü ərəfəsind, Rusiya xarici işlər naziri Sergey Lavrovun Şimali Koreyanın xarici işlər naziri Ri Yunq Hu-nun dəvəti əsasında bu gün Pxenyana daxil olmasından xəbər verib.

Teqlər