İyun 02, 2018 09:07 Asia/Baku
  • Almaniya Trampın Avropa ilə tarif müharibəsinə reaksiya verdi
    Almaniya Trampın Avropa ilə tarif müharibəsinə reaksiya verdi

Almaniyanın iqtisadiyyat və energetika naziri deyib: ABŞ-ın polad və alüminiuma tariflər tətbiq etmək qərarı yanlış qərardır.

Associated Pressin məlumatına görə, Almaniyanın iqtisadiyyat və energetika naziri Peter Altmayer Avropa Birliyi, Kanada və Meksikadan ABŞ-a idxal olunan polad və alüminiuma tariflərin artırılmasına reaksiyada deyib: ABŞ hökumətinin qərarı, həm avropalılar, həm də ABŞ üçün zərərli olacaq. 

Almaniyanın iqtisadiyyat və energetika naziri həmçinin Avropa Birliyindən ABŞ hökumətinin tarif savaşı qarşısında qətiyyətli reaksiya verməsini istəyib. 

İngiltərə baş naziri Tereza Mey də cümə günü bir bəyanat verərək idxal olunan metalların tariflərinin artırılması üzrə Ağ Evin qərarını qeyri-məntiqi qərar adlandırıb. 

Avropa Birliyinin ticarət məsələləri üzrə komissarı Sesilia Malmstrom da ABŞ prezidenti Donald Trampın tarif savaşna reaksiyada deyib: Avropa Birliyi ABŞ əleyhinə Dünya Ticarət Təşkilatına şikayət edəcək. 

Nəhayət ABŞ prezidenti Donald Trampın ticarət savaşına girmək üzrə təhdidi qüvvəyə minib və bu ölkəyə idxal olunan polad və alüminiuma yeni tariflər tətbiq olunub. 

Teqlər