Pentaqon hücumlar nəticəsində 500 sivilin həlak olduğunu etiraf edib
ABŞ Müdafiə Nazirliyi Pentaqon 2017-ci ildə bu ölkənin başqa ölkələrdə avantürist siyasətləri nəticəsində təxminən 500 nəfərin həlak olduğunu bildirib.
CNN-in məlumatına görə, ABŞ Müdafiə Nazirliyi ölkə Konqresinə məlumat verib ki, ABŞ prezidenti Donald Trampın Ağ Evə gəlişinin bir ili ərzində bu ölkənin hərbi əməliyyatları nəticəsində təxminən 500 min nəfər həlak olub.
Məlumata görə, bu şəxslər ABŞ-ın Əfqanıstanda Taliban və İŞİD-ə əleyhinə, eləcə də Yəməndə əl-Qaidənin bir qoluna qarşı keçirdiyi iddialı əməliyyat nəticəsində həlak olub.
Məlumatda həlak olan sivillərin sayının artması ehtimal olunur.
Bu məlumatda həmçinin bildirilib: Pentaqonun ABŞ-ın Somali və ya Liviyada əməliyyatlar keçirməsi nəticəsində həlak olan sivillərin sayı ilə əlaqədar dəqiq məlumatı yoxdur.