Kanada ABŞ-ın başlatdığı ticarət savaşına reaksiya verib
İyun 03, 2018 10:47 Asia/Baku
ABŞ-ın ticarət savaşı başlatmasına reaksiya olaraq, Kanadanın baş naziri ABŞ prezidentinin rəftarını təhqiramiz adlandırıb.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Kanadanın baş naziri Castin Trodo ölkəsinin ABŞ-ın müxtəlif ölkələrə qarşı hərbi əməliyyatlarda Vaşinqtona hərbi dəstək verdiyini xatırladıb və deyib: Kanadalılar ABŞ prezidenti Donald Trampın onlara qarşı ticarət savaşı başladacağını təsəvvür etmirdilər və Trampın rəftarını təhqiramiz hesab edirlər.
ABŞ cümə günü birtərəfli qaydada Avropa Birliyi, Kanada və Meksikadan alüminium və polad idxalına yeni gömrük taarifləri təyin edib.
Trodo ötən gün də Vaşinqtonun şimal qonşusunun oxşar cavab tədbirlərinə hazır olmalı olduğunu deyib.