İyun 03, 2018 14:34 Asia/Baku
  • NATO əsgərlərinin sayını 30 min artırır

Şimali Atlantika Alyansı NATO əsgərlərinin sayını 30 min artırmasından xəbər verib.

Almaniyada çıxan De Volt Em Suntaq qəzetinin yazdığına görə, NATO rəsmiləri 30 günə kimi tam hazır vəziyyətə gətiriləcək yeni qüvvələrin yüzlərlə bombardmançı təyyarə və döyüş gəmisi ilə təchiz olunacağından xəbər verib. 

Bu məlumata görə, yeni hərbi qüvvələr hazırda sayı 20 min nəfər olan və sürətli reaksiya qüvvələrinə daxil olan NATO qüvvələrinə əlavə olunacaqlar. 

NATO-nun müdafiə nazirləri də gələn həftə Brüsseldə görüşüb, bu barədə ətraflı danışıqlar aparacaqlar. 

Teqlər