Vaşinqton Amerika ölkələrinin Venesuelaya sanksiya tətbiq etməsini istədi
ABŞ dövlət katibi bazar ertəsi günü Vaşinqtonda Amerika Ölkələri Təşkilatının forumunda bu təşkilatdan Venesuelanın üzvlüyünün dondurulması, yeni sanksiyaların tətbiq olunması ilə Nikolas Maduro hökumətinə təzyiq göstərməsini istəyib.
İRNA-nın məlumatına görə, Mayk Pompeo deyib: Belə hərəkət Maduroya bu güclü mesajı verəcək ki, yalnız real seçkilər Venesuela hökumətinə Amerika ölkələri ailəsinin üzvü olmaq imkanı yaradır.
Maduro Venesuelada may ayı seçkilərində qalib gələrək ikinci dəfə bu ölkənin prezidenti oldu. Venesuela hökuməti müxalifləri və ABŞ bu seçkilərin nəticələrini rəsmən tanımayacaqlarını bildiriblər.
ABŞ dövlət katibi bildirib: Təşkilatın 34 üzvü Venesuelaya qarşı yeni sanksiyalar tətbiq etməlidir. Belə ki, bu ölkə daha artıq təcrid olsun.
Pompeonun açıqlamasından sonra, Venesuela xarici işlər naziri həmin iclasda ABŞ-ı beynəlxalq qanunları pozmaqda suçlayıb.
Xorxe Arriza deyib: Venesuela əleyhinə hücum ədalətsizlikdir.
Venesuela son aylarda hökumət müxalifətinin etirazları və qarşıdurmaların şahididir. Müxalifət Maduronun kənarlaşdırılmasını istəyir.
Vaşinqton və müttəfiqləri də sanksiya tətbiq etmək və müxalifəti dəstəkləməklə ABŞ əleyhinə strategiyaya malik Nikoolas Maduronun qanui hökumətini devirməyə çalışırlar.
İctimai nəqliyyatın yandırılması, polisə hücum, destabillik yaratmaq, qarət ABŞ-ın dəstəklədiyi venesuelalı etirazçıların hərəkətlərinin sadəcə bir hissəsidir.