Həftər qüvvələri Liviyanın Dərnə şəhərinin 75%-ni nəzarətə götürüb
https://azeri.sahartv.ir/news/dünya-i311162-həftər_qüvvələri_liviyanın_dərnə_şəhərinin_75_ni_nəzarətə_götürüb
General Xəlifə Həftərin başçılıq etdiyi Liviya Milli Ordusu adlanan qüvvələr ölkənin şərqində Dərnə şəhərinin 75%-ə nəzarəti ələ keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 05, 2018 12:57 Asia/Baku
  • Həftər qüvvələri Liviyanın Dərnə şəhərinin 75%-ni nəzarətə götürüb
    Həftər qüvvələri Liviyanın Dərnə şəhərinin 75%-ni nəzarətə götürüb

General Xəlifə Həftərin başçılıq etdiyi Liviya Milli Ordusu adlanan qüvvələr ölkənin şərqində Dərnə şəhərinin 75%-ə nəzarəti ələ keçirib.

Rusiya əl-Youm televiziyasının məlumatına görə, Liviya Milli Ordusunun sözçüsü Əhməd əl-Məsmari Benqazi şəhərində bir mətbuat konfransında bildirib: Xəlifə Həftər qüvvələri Dərnə şəhərinin dörddə üçündən çoxunu öz nəzarətinə götürüb.

Əl-Məsmari Dərnə şəhəri sakinlərindən Həftər qüvvələrinin əməliyyatını sadələşdirmək üçün qarşıdurma bölgələrindən uzaqlaşmalarını istəyib.

Liviya Milli Ordusunun sözçüsü əlavə edib: Dərnə şəhəri sakinləri və onların əmlakı Xəlifə Həftər qüvvələrinin dəstəyi ilə təhlükəsizlikdədir.