İyun 11, 2018 12:28 Asia/Baku
  • Tramp bərabərsiz ticarətin axmaqlıq olduğunu deyib
    Tramp bərabərsiz ticarətin axmaqlıq olduğunu deyib

ABŞ prezidenti yazıb: İnsaflı ticarət qarşılıqlı olmazsa onu axmaq ticarət adlandırmaq lazımdır.

ABŞ prezidenti Donald Tramp Tvitter səhifəsində yazıb: bu gün insaflı ticarət qarşılıqlı olmazsa onu axmaq ticarət adlandırmaq lazımdır, mən ABŞ prezidenti, niyə ölkələrə ticarət balansını pozan geniş istehsala davam etmələrinə icazə verməliyəm? Onlar on illərdir bunu davam etdirirlər halbuki, bizim əkinçilər, fəhlələr və vergi ödəyənlər belə insafsız ağır qiymətlər ödəməli olurlar. 

 

ABŞ prezidenti Donald Tramp başqa bir Tvittdə yazıb: Amerika NATO-nun xərclərinin demək olar ki, hamısını ödəyir və ticarətdə bizə börk qoyan ölkələri mühafizə edir( onlar xərclərin sadəcə bir hissəsini ödəyir və gülürlər) . " Avropa Birliyinin 151 milyard dollarlıq əlavəsi var və hərbi məsələlərdə əlavə pul ödəməlidir." " Biz kəskin maliyyə ziyanına düşərək Avropanı mühafizə edirik ( bu yaxşı deyil) Amma onlar insafsızcasına ticarətdə sərt hərəkət edirlər, qarşıdan dəyişiklik gəlir." 

Teqlər