İyun 13, 2018 18:55 Asia/Baku
  • Afina və Skopye arasında Makedoniya adı barədə razılıq əldə olunub
    Afina və Skopye arasında Makedoniya adı barədə razılıq əldə olunub

Yunanıstan və Makedoniya baş nazirləri Makedoniya adı barədə tarixi ixtilaflar barədə razılığa gəliblər.

FransPressin verdiyi məlumata görə, Yunanıstan baş naziri Aleksis Sipras Makedoniyalı həmkarı Zuran Zaev ilə birlikdə teıefon danışıqlarında Makedoniya adı barədə 27 illik ixtilafa son qoyublar. 

Yunanıstan və Makedoniya mediyaları bildiriblər ki, iki ölkənin razılaşdırdığı ad Şimali Makedoniya Respublikasından ibarətdir. 

Yunanıstan baş naziri deyib: Makedoniya rəhbərləri öz konstitusiyalarına yenidən baxmağa öhdəlik götürüblər. 

Makedoniya Sosial Demokrat Partiyasından onal Zuran Zaev baş nazir kimi Nikola Qroefskini əvəz etdiksən sonra Makedoniyanın Avropa Birliyi və NATO-ya üzvlüyünə səy göstərəcəyinə dair vəd vermişdi. 

Yunanıstan və Makedoniya 27 ildir Makedoniya adı barədə ixtilafa malikdirlər və bu ixtilaf iki ölkə əlaqələrinin güclənməsinə mane olur. 

Rəsmi Afina dəfələrlə bildirib ki, Makedoniya ilə bu ölkənin adı barədə ixtilaflar həll olunmayınca bu ölkənin NATO-ya üzvlüyünə qarşı mövqeyində davam edəcəkdir.

Teqlər