Çində Fitr bayramı namazı
https://azeri.sahartv.ir/news/dünya-i313388-Çində_fitr_bayramı_namazı
Səadətli Fitr bayramı namazı Çin müsəlmanlarının şövqlü iştirakı ilə bu ölkənin məscidlərində əzəmətli şəkildə qılınıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 16, 2018 08:34 Asia/Baku
  • Çində Fitr bayramı namazı
    Çində Fitr bayramı namazı

Səadətli Fitr bayramı namazı Çin müsəlmanlarının şövqlü iştirakı ilə bu ölkənin məscidlərində əzəmətli şəkildə qılınıb.

Səadətli Fitr bayramı namazı çinli müsəlmanların geniş iştirakı ilə bu gün Çinin 45 min məscidində qılınıb.

Çinli müsəlmanlar Fitr bayramı namazından sonra ənənəvi şirniyyat və yemək hazırlamaq, təzə paltar geymək, həmçinin qohum-əqrəba və tanışlara baş çəkməklə bu günü qeyd ediblər.

Çində müsəlmanların sayı 20 milyondan yuxarıdır.