İyun 17, 2018 11:24 Asia/Baku
  • Amerikalı fəal: İran miqrant uşaqları ailələrindən ayırsaydı, nə edərdik?
    Amerikalı fəal: İran miqrant uşaqları ailələrindən ayırsaydı, nə edərdik?

Amerikalı siyasi fəal deyib: İran miqrant uşaqları ailələrindən ayırsaydı, ABŞ hansı reaksiyanı verərdi?!

Gənc Reportyorlar Klubunun məlumatına görə, amerikalı siyasi fəal Tom Tailor Twitter səhifəsində Trampın Meksika sərhədində miqrantlara qarşı hərəkətini tənqid edərək yazıb: Təsəvvür edin, İran sərhədlərində miqrant uşaqları ailələrindən ayırsaydı, Vaşinqton Tehran əleyhinə hansı sanksiyaları nəzərdə tutardı.

ABŞ Kütləvi İnformasiya Vasitələrinin məlumatına görə, Tramp hökuməti miqrasiyaya qarşı siyasətin icrasında ötən 6 həftə ərzində azı 2 min meksikalı miqrant uşağı ABŞ sərhədində valideynindən ayırıb. 

Miqrantların məsələləri üzrə bəzi hüquq fəalları bildiriblər ki, ABŞ rəsmiləri anaları öz körpələrindən ayırırlar. 

ABŞ hökuməti bu uşaqların valideynlərini ABŞ-a qeyri-qanuni daxil olmağa cəhd etmək, miqrasiya qanunlarını pozmaq və ya cinayət törətmək ittihamı ilə suçlayıb və həbs edib. 

Tramp hökumətinin rəsmiləri deyirlər ki, Birləşmiş Ştatlarda uşaqların valideynləri ilə birlikdə həbs olunmasının qadağan olduğuna görə, bu uşaqlar valideynlərindən ayrı saxlanılırlar. 

ABŞ-ın siyasi və ictimai qrupları və vətəndaşlarının Tramp hökumətinin miqrantlara qarşı bu sərt funksiyasına etirazı daha da güclənib. 

Teqlər