İyun 17, 2018 19:02 Asia/Baku
  • Nigeriyada iki terror aktında 31 nəfər həlak olub
    Nigeriyada iki terror aktında 31 nəfər həlak olub

Nigeriyanın şimal-şərqində kamikadze partlayışları nəticəsində 31 nəfər həlak olub.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, Nigeriya rəsmiləri bildiriblər: Bazar günü Borno əyalətində Damboa şəhərində iki partlayış nəticəsində 31 nəfər həlak olub, çoxlu sayda insan yaralanıb. 

Nigeriyanın yerli rəsmilərinin bildirdiyinə görə, kamikadze partlayışları Boko Haram terror qruplaşması tərəfindən törədilib. 

Boko Haram terror qruplaşması 2009-cu ildən Niger deltasında yerləşən ölkələr, o cümlədən Nigeriya, Niger və Kamerunda fəaliyyətə başlayıb. 

Boko Haramın terror aktları indiyədək 20 min nəfərin həlak olması, 2 milyon 600 min nəfərin didərgin düşməsi ilə nəticələnib. 

Teqlər