ABŞ-ın Çin məhsullarına tarif tətbiq etməsi, ticarət savaşını daha da qızışdırıb
-
ABŞ-ın Çin məhsullarına tarif tətbiq etməsi, ticarət savaşını daha da qızışdırıb
Amerika Birləşmiş Ştatları ticarət savaşını ciddi şəkildə davam etdirmək niyyətindədir. Çindən idxal olunan məhsullara 25%-lik tarifin tətbiq olunması isə rəsmi Pekini əməlli-başlı qəzəbləndirib. Çin oxşar addımları atacağını bəyan edib.
Çin və ABŞ arasında ticarət münasibətlərində gərginlik maksimum həddə artıb. ABŞ prezidenti Çin məhsullarına yeni tarifləri elan edərək iki ölkənin ticarət ixtilaflarını qızışdırıb.
Tramp bildirib ki, idxal olunan Çin məhsullarına 50 milyard dollar dəyərində 25%-lik gömrük tarifləri tətbiq edəcək. Bu hərəkət dünyanın iki güclü iqtisadiyyatı arasında savaşla nəticələnə bilər.
ABŞ-ın bu hərəkəti ardınca, Çinin Ticarət Nazirliyi verdiyi sərt bəyanatda Birləşmiş Ştatlara xəbərdarlıq edib ki, mənafeyinə zərbə vurması üçün Amerikaya imkan verməyəcək.
Bu bəyanatda vurğulanıb ki, tezliklə gömrük hüquqları sektorunda ABŞ-ın tədbirlərinə oxşar tədbirlər tədbiq edəcəyik.
Çinin Ticarət Nazirliyinin sözçüsü Qlu Fenq deyib: ABŞ qarşısında öhdəliklərin icrasının dayandırılması, Amerika məhsullarına tarifin tətbiq olunması Dünya Ticarət Təşkilatının üzvü Çinin təbii haqqıdır.
Çinin Ticarət nazirinin müavini Vanq Şon deyib: Ticarət araşdırmaları və yeni tariflərin tətbiq olunması ilə bağlı ABŞ-ın hərəkətləri astanasında Pekin Vaşinqtonun bu tarif planı ilə mübarizədə Çinin sənaye mənafeyini təmin etmək istiqamətində aktiv şəkildə addımlar atacaq.
Digər tərəfdən Çinin Xarici İşlər Nazirliyinin sözçüsü də deyib: ABŞ Çinin mənafeyini təhlükə ilə üzləşdirərsə, biz də dərhal reaksiya verəcəyik.
Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Qonq Şuonq deyib: Biz qanuni və hüquqi mənafeyimizi təmin etmək üçün lazım gələn bütün addımları atacağıq. Və heç vaxt geri çəkilməyəcəyik.
Çin başqa ölkələrdən Vaşinqtonun ticarət sahəsində geriliyə və təxribata əsaslanan hərəkətləri qarşısında oxşar addımlar atmalarını istəyib.