Liviya sahillərində yüzdən çox qanunsuz miqrant xilas edilib
İyun 19, 2018 11:23 Asia/Baku
-
Liviya sahillərində yüzdən çox qanunsuz miqrant xilas edilib
Liviyanın dəniz qüvvələri bu ölkənin sahillərində yüzdən çox qanunsuz miqrantı xilas ediblər.
Liviyanın dəniz qüvvələri bu ölkənin sahillərində batmış bir qayığa yardım etmək üçün əməliyyata başlayıblar. Bu qayıq 117 qanunsuz mühacirə malik imiş.
Qayıqdakı qanunsuz miqrantların beşi Liviyanın dəniz qüvvələri gələrkən artıq dünyasını dəyişibmiş.
Bu 117 qanunsuz mühacir Liviyanın paytaxtı Tripoliyə köçürülübdür.
Liviya Avropaya immiqrasiya yolunda Afrika miqrantları üçün ən əhəmiyyətli gediş nöqtəsidir.
İnsan alverçiləri Liviyanın əmin-amansızlıqlarından istifadə edərək, hər il on minlərlə qanunsuz miqrantı iri məbləğdə pul almaq qarşılığında Liviya vasitəsilə Avorpaya çatdırırlar ki, onların bir çoxu da elə yolda həyatını itirir.