İyun 19, 2018 12:40 Asia/Baku
  • ABŞ Ərəbistanı qarət etmək niyyətindədir
    ABŞ Ərəbistanı qarət etmək niyyətindədir

ABŞ-ın dövlət katibi Mayk Pompeo ümidvar olduğunu bildirib ki, Ərəbistan Amerika iqtisadiyyatına daha çox pul buraxacaq.

Pompeo Amerika iqtisadiyyatının dünyanın ən təsiredici və nüfuzlu iqtisadiyyatı olduğunu iddia edərək, bildirib ki, Çin dünyada həyata keçirdiyi investisiyalarla rəqib ölkələr üzərində siyasi nüfuza və nəzarətə malik olmağa çalışır.

Donald Trampın ticarət siyasətini, xüsusilə bəzi idxal olunan məhsullara tarif qoyulması məsələsini müdafiə edən Pompeo iddia edibdir ki, ticarət siyasəti bu günə qədər ABŞ-ın zərərinə təhrif edilibdir.

ABŞ dövlət katibi həmçinin Şimali Koreya ilə əlaqədar tezliklə həmin ölkənin lideri Kim Çen In ilə görüşəcəyini və onunla bu ölkənin nüvə silahsızlanması prosesinin detallarını müzakirə edəcəyini bildirib.

Teqlər