Dünyada mülki şəxslərin silahlarının yarısı Amerika xalqının ixtiyarındadır
İyun 19, 2018 14:29 Asia/Baku
Rəy sorğularının nəticələri göstərir ki, Amerika xalqı dünyada mülki şəxslərin silahlarının yarısına malikdir.
Bu rəy sorğusuna əsasən, amerikalılar dünya əhalisinin dörd faizini təşkil etsələr də 2017-ci ilin sonunadək dünyada sivillərə aid olan 857 milyon silahın 46 faizinə malik olublar.
İsveçrədə müstəqil və beynəlxalq bir tədqiqat layihəsi olan "Small Arms Survey" adlı tədqiqat göstərir ki, dünyada bir milyard ədəddən çox odlu silah var. Bu arada mülki şəxslər onun 85 faizinə malikdirlər.
Yerdə qalan silahlar isə orduların və ya qanun icraçısı olan orqanların ixtiyarındadır.