İyun 27, 2018 12:28 Asia/Baku
  • Nigeriyada Şeyx Zəkzakiyə dəstək aksiyaları davam edir
    Nigeriyada Şeyx Zəkzakiyə dəstək aksiyaları davam edir

Nigeriya müsəlmanları tanınmış ruhani Şeyx Zəkzakinin qanunsuz həbsinin davam etməsinə etiraz olaraq bir daha paytaxt Abucada aksiya keçiriblər.

Əl-Aləm kanalının verdiyi məlumata görə, Nigeriya İslam Hərəkatının üzvləri, tərəfdarları və himayədarları paytaxt Abucada aksiya təşkil edərək, bu hərəkatın lideri İbrahim Zəkzaki və həyat yoldaşının qanunsuz həbsinin davam etməsinə etiraz və onun dərhal azadlığa buraxılmasını tələb ediblər.

Nigeriya məhkəməsi bir daha Şeyx Zəkzakinin işi ilə bağlı məhkəmə prosesini təxirə salıb. Növbəti məhkəmə iclası gələn aya təyin edilib.

Şeyx Zəkzaki və həyat yoldaşı iki ildir ki, həbsdədirlər.

Bəzi qaynaqlar Nigeriya ordusunun Şeyx Zəkzaki və həyat yoldaşının saxlanıldığı yeri dəyişməyə və onları naməlum məkana köçürmək istəməsindən xəbər veriblər.

Nigeriya məhkəməsi 2015-ci ildə Şeyx Zəkzakinin azadlığa buraxılmasına dair qərar çıxartsa da, bu ölkə hökuməti və ordusu məhkəmə qərarının icrasına mane olur.

Şeyx Zəkzaki və həyat yoldaşı 2015-ciildə Nigeriya ordusunun Zarya şəhərində müsəlmanlara qarşı kütləvi zorakılığı zamanı həbs olunub. Həmin hadisədə Şex Zəkzakinin iki oğlu və yüzlərlə dinc sakin qətlə yetirilmişdi.

Teqlər