İyul 01, 2018 21:33 Asia/Baku
  • Kanada Trampın ticarət savaşını cavabsız qoymadı
    Kanada Trampın ticarət savaşını cavabsız qoymadı

ABŞ-ın polad və alüminium üçün idxal taariflərini artırmasının ardınca Kanada bu addıma qarşılıq verərək, Amerika istehsalı olan məhsullar üçün gömrük rüsumlarını artırıb. Bununla da Tramp tərəfindən başladılan taarif savaşı yeni mərhələyə daxil olub.

Tramp tərəfindən “milli təhlükəsizliyin möhkəmləndirilməsi” adı altında polad və alüminium üçün idxal taariflərinin artırılması Kanada üçün anlaşılmaz və təsəvvürlərdən xaric bir addım idi.

Tramp deyir: “Ticarət bizim üçün önəmli məsələdir. Ötən bir neçə onillik ərzində Amerikadan sui-istifadə edilib. Və biz bu vəziyyətin davam etməsinə icazə verə bilmərik. Biz, hər kəsin qarət etməyə çalışdığı bir xəzinəyik.”

ABŞ-ın zorla qəbul etdirməyə çalışdığı ticarət savaşı Kanadanın qarşılıq verməsinə səbəb olub: “Təyin olunmuş taariflər qeyri-qanuni və ədalətsiz olmasıilə yanaşı, NAFTA və Dünya Ticarət Təşkilatının qanunlarına da ziddir. Kanadanın ABŞ-ın milli təhlükəsizliyi üçün təhdid qələmə verilməsi mənasız və narahatlıq doğuran bir ittihamdır. Buna görə də Kanada qarşılıqlı addım atmağa məcburdur.”

Kanadanın Maliyyə Nazirliyi ABŞ məhsullarına dair 3 siyahı hazırlayaraq, təqribən 120 adda polad məhsulları üçün 25% gömrük rüsumu təyin edib. Digər məhsullar üçün isə 10 faizlik gömrük rüsumu nəzərdə tutulub: “Biz qeyri-qanuni taariflərlə mübarizə aparmaq üçün ölkə daxilində istehsal edilən və ya digər ölkələrdən idxalı mümkün olan məhsulları nəzərdə tutmuşuq. Həmçinin, yerli istehsalçılara onları dəstəkləyəcəyimizi bildirmişik. “

Təyin olunmuş yeni taariflər ABŞ istehsalı olan qatıq, tomat, ketçap və portağal suyunu da əhatə edir.

 

 

Teqlər