Avropa İnvestisiya Bankının İranda əmək proqramı dəstəklənib
İyul 05, 2018 10:22 Asia/Baku
Avropa Parlamentinin nümayəndələri Avropa İnvestisiya Bankının İranda əmək proqramını dəstəkləyiblər.
Röytersin məlumatına görə, Avropa Birliyinin nümayəndələri çərşənbə gecə İran və nüvə sazişinin digər tərəflərinin xarici işlər nazirlərinin Vyanada baş tutacaq Əhatəli Müştərək Təşəbbüs Proqramının birgə komissiyasının iclası ərəfəsində Avropa İnvestisiya Bakının İranla ticarət planını dəstəkləyiblər.
Avropa Birliyinin nəzərdə tutduğu ölkələrə maliyyə xidmətləri verməkdə əsas maliyyə strukturu olan Avropa İnvestisiya Bankı ABŞ-ın İran əleyhinə sanksiyaları yenidən qüvvəyə qaytarması ərəfəsində İranla ticarət münasibətlərinin qorunması üçün Brüsselin səylərinin sütunlarından biri hesab olunur.