İyul 08, 2018 19:14 Asia/Baku
  • Avropa Birliyi Vyanada nüvə sazişi iclasının nəticələrini bir daha dəstəkləyib

Avropa Birliyi bir bəyanat verərək Əhatəli Müştərək Təşəbbüs Proqramının cümə günü keçirilən iclasının nəticələrini bir daha dəstəkləyib.

Fars Xəbər Agentliyinin məlumatına görə, Avropa Birliyi bazar günü bir bəyanat yayımlayıb. Bəyanatda Əhatəli Müştərək Təşəbbüs Proqramı ilə əlaqədar cümə günü Vyanada keçirilən iclasa diqqət çəkilib: ABŞ-ın nüvə sazişini tərk etməsinə rəğmən, İranla bank münasibətləri, neft və qaz satışının davam etməsinin qorunması, bu ölkədə xarici investisiya üçün münasib şəraitin yaradılması prioritetdir.

Bəyanata əsasən, Vyana iclası İranla 4+1 qrupunun əməkdaşlığının davam etməsi üçün şəffaf və hiss olunacaq həll yollarının tapılması zəruri hesab edilir.

Avropa Birliyi əlavə edib: Həmçinin əldə olunan sazişə əsasən və ABŞ-ın bu sazişi tərk etməsini nəzərə alaraq, Britaniya nüvə sazişinin bir hissəsi sayılan İranın nüvə proqramının inkişafına dəstək istiqamətində əməkdaşlığa şamil olan İranın nüvə araşdırma reaktorunun modernləşdirilməsinə nəzarət üzrə işçi qrupuna rəhbərlik edəcək.

Əhatəli Müştərək Təşəbbüs Proqramının birgə komissiyası cümə günü Avropa Birliyinin xarici siyasət məsələri üzrə koordinatoru Federik Mogerini, İran, Rusiya, Çin, Fransa, Almaniya xarici işlər nazirləri və Britaniya xarici işlər naziri müavinin iştirakı ilə Vyanada keçirildi.

Teqlər