İyul 09, 2018 12:43 Asia/Baku
  • Çin ticarət nazirliyinin ABŞ-ın rüsumlarına reaksiyası
    Çin ticarət nazirliyinin ABŞ-ın rüsumlarına reaksiyası

Pekin Amerikanın Çin məhsullarına rüsumlar tətbiq etməsinin ardınca elə həmin miqdarda rüsumları amerikan malların idxalına qarşı tətbiq edibdir.

Çin ticarət nazirliyi Amerikanın yeni ticarət siyasətlərinə reaksiyada bildiribdir ki, Amerikanın ticarət quldurluğu uğursuzluğa məhkumdur. 

Amerika cümə günü Çin mallarının idxalına qarşı 25 faizlik rüsum artımını icraya qoydu. Çin də bildirdi ki, elə həmin miqdarda rüsumları amerikan malların idxalına qarşı tətbiq edəcəkdir.

Çin ticarət nazirliyinin sözçüsü bu addımı zəruri adlandırıb və deyibdir ki, Pekin ölkəsi və xalqının əsas maraqlarını qorumaq üçün bu cavab addımlarını atmağa məcburdur. Çin bildirib ki, Amerika misli görünməmiş bir ticarət savaşına başlayıbdır. 

Çin ticarət nazirliyinin sözçüsü əlavə edib: Amerikanın ticarət quldurluğu uğursuzluğa məhkumdur. 

Teqlər