İngiltərədə əsəb sistemini iflic edən qaz ilə zəhərlənmiş şəxslərdən biri vəfat edib
https://azeri.sahartv.ir/news/dünya-i316955-İngiltərədə_əsəb_sistemini_iflic_edən_qaz_ilə_zəhərlənmiş_şəxslərdən_biri_vəfat_edib
İngiltərə polisi bu gün səhər elan edib ki, "Noviçok" adlı əsəb sistemini iflic edən qaz ilə zəhərləndiyinə görə xəstəxanaya köçürülmüş bir qadın xəstəxanada vəfat edibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 09, 2018 09:44 Asia/Baku
  • İngiltərədə əsəb sistemini iflic edən qaz ilə zəhərlənmiş şəxslərdən biri vəfat edib
    İngiltərədə əsəb sistemini iflic edən qaz ilə zəhərlənmiş şəxslərdən biri vəfat edib

İngiltərə polisi bu gün səhər elan edib ki, "Noviçok" adlı əsəb sistemini iflic edən qaz ilə zəhərləndiyinə görə xəstəxanaya köçürülmüş bir qadın xəstəxanada vəfat edibdir.

Bir ingilis cütlüyü şənbə günü Uiltşir şəhərində yerləşən Eymsberi qəsəbəsində əsəb qazı ilə zəhərlənmə əlamətləri ilə tapılmışdı.

Bu məntəqə Solsberi şəhərinin yaxınlığında yerləşir. İngiltərə dövləti bir neçə ay bundan öncə rus mənşəli ikitərəfli casusun qızı ilə birgə həmin şəhərdə, qeyd olunan əsəb qazı ilə zəhərlənməsinə görə, Rusiyanı ittiham etmişdi.

Rus mənşəli ikitərəfli casus Sergey Skripalın qızı ilə birgə "Noviçok" adlı əsəb sistemini iflic edən qaz ilə zəhərlənməsi London-Moskva əlaqələrində misli görünməmiş bir gərginliyə bais oldu və hər iki tərəf qarşı tərəfin bir qrup diplomatını öz ölkəsindən ixrac etdi.

İngiltərə polisi yeni macərada hələ Rusiyanı ittiham etməyib, amma bu hadisə ilə Skripal hadisəsi arasında bir çox oxşar cəhətlər mövcuddur.

Skripal macərasında Rusiya özünün bu hadisədə hər cür rolu barədə İngiltərənin irəli sürdüyü ittihamları rədd və təklif etdi ki, onun barəsində təhqiqat komitəsi yaradılsın, amma London bu təklifi rədd etdi.