Qazaxıstan təkzib etdi
-
Qazaxıstan təkzib etdi
Qazaxıstan Xarici İşlər Nazirliyi bir bəyanatda bildirib ki, Amerika ordusunun Xəzərin Qazaxıstan sahillərindən istifadə etməsi məqsədi ilə bir bazanın yaradılması xəbəri həqiqəti əks etdirmir.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Qazaxıstan XİN bu gün bir bəyanatda region mediyalarının analitiklərinin ABŞ hərbçilərinin Qazaxıstan sahillərində yerləşmələri barədəki məlumatlarına münasibət bildirərkən Qazaxıstan tərəfindən Vaşinqtonun Xəzərə yol tapmasına icazə verilmədiyini bildirib.
Qazaxıstan XİN öz bəyanatında bildirib: 5 xəzəryanı ölkə arasında əməkdaşlıq sənədinə əsasən başqa ölkələrin hərbi qüvvələrinin bu dəniz sahillərində fəaliyyəti qadağandır.
Bu bəyanatdan deyilir: Həmin razılaşma sənədinin müddəalarına əsasən Qazaxıstan digər ölkələrin hərbçilərinin Xəzər sahillərində fəalyyət cəhdlərinə mane olacaq.