Əfqanıstanda terror hücumunda doqquz nəfər ölüb və yaralanıb
-
Əfqanıstanda terror hücumunda doqquz nəfər ölüb və yaralanıb
Əfqanıstanın Nəngərhar vilayətinin mərkəzi olan Cəlalabad şəhərinin təhsil idarəsinin binasına qarşı terror hücumu nəticəsində bir nəfər ölüb, səkkiz nəfər də yaralanıbdır.
Nəngərhar valisinin sözçüsü Ətaullah Xugiyani bildirib ki, yaraqlı şəxslər partlayış qurşaqları ilə Cəlalabad şəhərinin üçüncü məntəqəsinin təhsil idarəsinin binasına hücum ediblər.
Bəzi digər əfqan mənbələr də bildiriblər ki, bu hücumda azı üç nəfər ölüb, doqquz nəfər də yaralanıbdır.
İndiyədək heç bir qrup və ya şəxs bu terror hücumunun məsuliyyətini üzərinə götürməyibdir.
Dünən Cəlalabad şəhərinə qarşı terror hücumunda da azı on nəfər ölmüş, dörd nəfər isə yaralanmışdı.
İŞİD terror qrupu bu terror hücumunun məsuliyyətini öz üzərinə götürüb.
İŞİD terror qrupu, həmçinin Taliban Nəngərhar vilayətində fəal iştiraka malikdirlər.