NATO-nun baş katibi: Rusiyanı təcrid etməməliyik
İyul 11, 2018 21:34 Asia/Baku
NATO-nun baş katibi Yens Stoltenberq bu hərbi blokun ikigünlük iclasının başlanması ilə bir zamanda deyib: Moskva ilə NATO-ya üzv ölkələr arasında mövcud olan problemlər Rusiyanın təcrid olunması üçün stimul olmamalıdır.
NATO Krımın Rusiyaya əlavə olunmasını rəsmən tanımasa da Stoltenberq deyib ki, bu məsələ Rusiyanın təcrid edilməsinə bais olmamalıdır.
O, deyib: Biz Krım yarımadasının Rusiyaya əlavə olunmasını və Rusiyanın seçki təbliğatı və müdaxilələri, həmçinin kiber hərəkətləri kimi digər addımlarını rəsmən tanımırıq. Kiber hadisəsinin şahidi olduq, amma məncə, bunlar Rusiyanı təcrid etmək üçün yetərli dəlil deyildir.