Tramp NATO-nu tərk etməklə hədələdi; Liderlərin gizli və fövqəladə iclası
ABŞ prezidentinin təhdid xarakterli açıqlaması ardınca, Şimali Atlantik Alyansı NATO-ya üzv ölkələrin liderləri gizli fövqəladə iclas təşkil ediblər.
Almaniya İnformasiya Agentliyinin məlumatına görə, diplomatik dairələr deyirlər ki, ABŞ prezidenti Donald Tramp Şimali Atlantik Alyansı NATO-nun sammitində hədələyib ki, bu ölkə alyansı tərk edəcək.
Məlumata görə, Tramp Brüsseldə NATO sammitində açıq-aşkar hədələyib ki, NATO üzvləri öz daxili xammal istehsalının 2%-ni hərbi xərclərə ayırmazlarsa, Vaşinqton NATO-nu tərk edəcək.
Bu təhdiddən sonra NATO liderləri hələlik alyansa üzv olmayan Ukrayna və Gürcüstan nümayəndələrindən iclası tərk etmələrini istəyiblər. Belə ki, bu alyans üzvləri xüsusi və fövqəladə iclasda Trampın bu təhdidi haqda müzakirə aparsınlar.
Almaniya İnformasiya Agentliyi adının açıqlanmasını istəməyən iki diplomata istinadla bildirib: Tramp bu iclasda Almaniya, İspaniya və Belçikadan hərbi büdcənin artırılması üzrə zaman cədvəlini daha çox azaltmalarını istəyib.
ABŞ prezidenti bundan öncə də NATO-ya üzv bəzi ölkələrin dövlət başçılarına ayrı-ayrılıqda məktublar ünvanlayaraq onları hərbi xərclər üçün ölkələrinin milli xammal istehsalının minimum 2%-ni xərcləmək haqda öhdəliklərinə etinasızlıq etməkdə suçlamışdı.
NATO-ya üzv ölkələrin dövlət başçılarının 29-cu sammiti çərşənbə günü Belçika paytaxtı Brüsseldə işə başlayıb və bu gün öz işinə yekun vuracaq.