İyul 16, 2018 11:24 Asia/Baku
  • Mərakeşdə etiraz aksiyaları
    Mərakeşdə etiraz aksiyaları

Mərakeşin paytaxtında minlərlə nəfər dövlət müxaliflərindən bir qrupunun həbs olunmasına etiraz olaraq, bu ölkənin məhkəmə sisteminə qarşı aksiya keçirib.

Minlərlə nəfər dünən Mərakeşin paytaxtı Rabatda aksiya keçirərək, "Xalq məhkəmə sistemini boykot edir!" və "Məhbusları azad edin!" şüarları verib.

Aksiyaçılar habelə 2016 və 2017-ci illərdə xalq etirazları səhnəsi olmuş Mərakeşin şimalındakı Rif məntəqəsinin hərbiləşdirilməsinə etiraz olaraq, şüarlar veriblər.

Mərakeşdə bir məhkəmə son zamanlar və Rif məntəqəsində etirazların başlanmasından il yarım keçəndən sonra bu məntəqədə etiraz hərəkatının lideri Nasir Əlzəfzafini iyirmi il həbsə məhkum edibdir.

Bu hərəkatın üzvlərindən daha 45 nəfər də iki ildən on beş ilədək həbs cəzalarına məhkum edilibdir.

Beynəlxalq Amnistiya Təşkilatı bu hökmlərin ləğv edilməsini istəyibdir.

Mərakeşin xəfiyyə qüvvələri 2017-ci ilin mayında Rif məntəqəsində yerləşən Əlhusəymə şəhərində keçirilən aksiyalarda Əlzəfzafini və daha iyirmi nəfəri ümumi təhlükəsizliyi pozmaqda ittiham edərək həbs ediblər. 

Mərakeşin Əlhusəymə şəhərindəki xalq etirazları 2016-cı ilin noyabrında polis məmurları tərəfindən bir balıqsatanın öldürülməsinin ardınca başlanıbdır.

 

Teqlər