İyul 16, 2018 11:26 Asia/Baku
  • Makedoniya xalqı ölkəsinin NATO-ya üzv olmasına qarşıdır
    Makedoniya xalqı ölkəsinin NATO-ya üzv olmasına qarşıdır

Makedoniya xalqı bu ölkənin NATO-ya üzv olmağa dəvət olunmasına qarşı aksiya keçirib.

Makedoniyalı etirazçılar paytaxt Skopyenin və bu ölkənin digər şəhərlərinin meydan və parklarında bu ölkənin NATO-ya daxil olmasına qarşı aksiya keçiriblər. Onların əllərində üzərlərində "NATO savaşa, qana, göz yaşlarına və ölümə bərabərdir!" şüarı yazılmış plakatlar olub.

NATO ölkələri özlərinin son Brüssel sammitlərində bu hərbi bloka üzvlük məqsədilə müzakirələr üçün Makedoniyanı rəsmi şəkildə dəvət ediblər.

NATO sammiti iyulun on biri və on ikisində Belçikanın paytaxtında keçirilib.

Əlbəttə, bu dəvət Skopye və Afinanın Makedoniyanın yeni adı üstündə tam razılığa gəlmələrindən sonra icra olunacaqdır.

Yunanıstan və Makedoniya ötən ay bir razılaşma imzaladılar. Ona əsasən, bu ölkənin adı Makedoniyadan Şimali Makedoniyaya dəyişdiriləcək.

Makedoniya xalqı bu yaxınlarda keçirələcək referendumda bu ölkənin yeni adı barədə öz nəzərini elan etməlidir.

Teqlər