Avropa Birliyi Türkiyədə fövqəladə vəziyyət rejiminin ləğv edilməsini müsbət qarşılayıb
Avropa Birliyi fövqəladə vəziyyət rejiminin ləğv edilməsinə dair Türkiyə hökumətinin qərarını müsbət qarşılayıb.
Anadolu İnformasiya Agentliyinin məlumatına görə, Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini bir bəyanatla çıxış edib: Türkiyədə fövqəladə vəziyyət rejiminin ləğv edilməsi müsbət addımdır.
Bu bəyanatda əlavə olunub: Məsul dairələrə qeyri-adi səlahiyyətlərin verilməsi və məhdudlaşdırıcı proseslərin tətbiq olunmasına dair qanunun təsdiqlənməsi bu vəziyyətin ləğv edilməsinin müsbət təsirini azaldır.
Mogerini bildirib: Türkiyə hökuməti ədliyyə sisteminin müstəqil qanunvericiliyi və əsaslı azadlıqlara mənfi təsir göstərən əməllərlə nəticələnən bütün tədbirləri kənara qoymalıdır.
Türkiyədə fövqəladə vəziyyət bu gün cümə axşamı günü iki ildən sonra ləğv edilib və onun yerinə başqa bir layihə tətbiq olunmalıdır.
Fövqəladə vəziyyət 2016-cı il iyul ayında uğursuz dövlət çevrilişindən beş gün sonra başlandı və yeddi dəfə müddəti uzadıldı.