Çin prezidenti Afrika turnesinə çıxıb
https://azeri.sahartv.ir/news/dünya-i318147-Çin_prezidenti_afrika_turnesinə_çıxıb
Çin prezidenti Afrika ölkələri ilə iqtisadi və hərbi münasibətləri gücləndirmək və inkişaf etdirmək məqsədilə 4 günlük Afrika turnesinə başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 22, 2018 06:08 Asia/Baku
  • Çin prezidenti Afrika turnesinə çıxıb

Çin prezidenti Afrika ölkələri ilə iqtisadi və hərbi münasibətləri gücləndirmək və inkişaf etdirmək məqsədilə 4 günlük Afrika turnesinə başlayıb.

Təsnim İnformasiya Agentliyinin məlumatına görə, Si Tsinpin Afrika qitəsinə səfəri çərçivəsində Seneqala daxil olub, sonra isə Ruandaya gedəcək. Sonda isə 25 iyulda Cənubi Afrika Respublikasında Briks-ə üzv ölkələrin liderlərinin sammitində iştirak edəcək. 

Çin və Afrikanın birgə iclasının keçirilməsi üçün ötən bir ayda Afrikanın çoxlu sayda hərbi rəsmisinə ev sahibliyi edən Pekin Afrikanın ən böyük ticarət şərikidir. Ötən il Cibutidə ilk hərbi bazasını yaradıb. 

Si Tsinpinin Afrikaya səfəri Pekini Afrika, Avropa və Asiyanın digər bölgələrinə birləşdirən bir dəhlizin yaradılması istiqamətindədir. 

ABŞ rəsmiləri Çinlə ticarət və iqtisadi münasibətlərin inkişaf etdirilməsinə dair Afrika ölkələrinə xəbərdarlıq ediblər.