Avq 01, 2018 20:03 Asia/Baku
  • Çin tarif haqda ABŞ-a xəbərdarlıq etdi
    Çin tarif haqda ABŞ-a xəbərdarlıq etdi

Çin Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın ticarət sektorundakı təzyiqinin təsirsiz olduğunu qeyd edərək deyib: Bu proses davam etdiyi halda, Pekin adekvat addımlar atacaq.

Fars Xəbər Agentliyinin məlumatına görə, Geng Şuanq bildirib: ABŞ ticarətdə maneələr yaratmaq ardınca əlavə addımlar atarsa, Pekin qarşılıqlı addım atacaq və öz qanuni hüququ və mənafeyini qoruyacaq. 

Çin XİN-in sözçüsünün açıqlaması ilə yanaşı qeyd edək ki, ABŞ Kütləvi İnformasiya Vasitələri məlumatlı dairələrə istinadla bildiriblər ki, ABŞ prezidenti Donald Tramp Çindən idxal olunan məhsullara 200 milyard dollarlıq rüsum tətbiq etmək niyyətindədir. 

Vaşinqton və Pekinin ticarət münasibətləri ABŞ-ın Çindən idxal olunan məhsullara rüsumun artırılması üzrə hərəkətindən sonra gərginləşib. 

Teqlər