Avq 04, 2018 08:59 Asia/Baku
  • ABŞ-Çin ticarət savaşı
    ABŞ-Çin ticarət savaşı

ABŞ və Çin arasında ticarət savaşının yeni mərhələyə daxil olmasının ardınca Pekin ABŞ məhsulları üçün gömrük rüsumunun artırılmasına dair yeni planını açıqlayıb.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Çinin Dövlət Taarif Şurasının bildirdiyinə görə, Vaşinqtonun Çin məhsulları üçün gömrük rüsumunu artıracağı təqdirdə, Pekin də ABŞ məhsulları üçün gömrük rüsumlarını 25%-ə qədər artıracaq. 

Bundan öncə Çinin Xarici İşlər Nazirliyi də ABŞ-ın ticarət sahəsindəki cəza tədbirlərinə qarşı oxşar və münasib cavabın veriləcəyini bildirmişdi. 

ABŞ bir müddət öncə Çindən idxal edilən və ümumi dəyəri təqribən 200 milyard dollar olan məhsullar üçün gömrük rüsumunu 10%-dən 25%-ə kimi artıracaq. 

Bu arada bəzi mənbələr ABŞ-ın maliyyə naziri Stiven Mnuçin ilə Çinin baş nazir müavini Liu He arasında gizli danışıqların baş tutmasından xəbər veriblər. 

Asiya Tayms-ın iddiasına görə, ABŞ bu müzakirələrdə Çindən öz iqtisadiyyatında islahatlar aparmasını və ABŞ şirkətlərinə daha artıq səlahiyyət və fəaliyyət imkanı verməsini istəsə də, Vaşinqtonun bu istəyi Pekin tərəfindən rədd edilib. 

ABŞ və Çin arasındakı ticarət savaşı ABŞ prezidenti Donald Trampın polad və alüminium da daxil olmaqla Çindən idxal edilən məhsullar üçün gömrük rüsumunu artırması ilə başlandı. 

Teqlər