London "Skripal" işinə dair sənədləri məhv edib
-
London "Skripal" işinə dair sənədləri məhv edib
Rusiyanın Britaniyadakı səfiri "Salzberi işi" ilə bağlı bütün dəlil və sübutların bu işlə bağlı aparılan araşdırmalar zamanı London tərəfindən məhv edildiyini bildirib.
Rusiyanın Britaniyadakı səfiri Aleksandr Yakovenko Rusiya24 telekanalına verdiyi müsahibədə Sergey Skripalın işinə dair bütün dəlil və sübutların məhv edildiyini söyləyərək, deyib: məsələnin yenidən araşdırılmasına ehtiyac yaranarsa, bu mümkün olmayacaq.
Aleksandr Yakovenko həmçinin deyib: Rusiyalı mütəxəssislər bu işlə bağlı birgə araşdırma aparmaq üçün Londona səfər etməyə hazırdırlar. Amma, Britaniyanın bu təklif ilə razılaşacağına inanmıram.
Rusiya kəşfiyyatının keçmiş əməkdaşlı Sergey Skripal 2018-ci ilin martında yaşadığı Salzberi şəhərində qızı ilə birlikdə naməlum bir kimyəvi maddə ilə zəhərlənərək, xəstəxanaya köçürülmüşdü. Britaniya hökuməti bu hadisənin ardınca, heç bir araşdırma aparırlmamış, Rusiyanı ittiham etməyə başladı. Amma, Rusiya bu ittihamı rədd edərək, hadisə ilə bağlı birgə şəkildə araşdırmaların aparılmasına hazır olduğunu bildirdi. Amma, London bu təklif ilə razılaşmayıb. Britaniya hökuməti bu hadisənin ardınca 23 rus diplomatı ölkədən çıxardıb. Moskva da Londonun bu addımına qarşılıqlı formada cavab verib.