Avq 08, 2018 08:26 Asia/Baku
  • Trampın
    Trampın "qlobal sülh" iddiasına Zərifin cavabı

İran İslam Respublikası xarici işlər naziri çərşənbə axşamı İrana qarşı sanksiyaları bərpa etməklə "qlobal sülh" ardınca olduğunu iddia edən ABŞ prezidenti Donald Trampın son "tvitt"inə cavab verib.

Tramp çərşənbə axşamı paylaşdığı "tvitt"də İran ilə ticarət haqda dünya şirkətlərinə xəbərdarlıq edərək, yazıb: İran ilə ticarət edəcəyiniz təqdirdə ABŞ ilə ticarətdən məhrum olacaqsınız. 

Tramp İrana qarşı sanksiyalarda məqsədinin "qlobal sülh" olduğunu iddia edib. 

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif isə Trampın "qlobal sülh" iddiasına cavab olaraq yazıb: "Yekəxana danışıqlar və iri hərflərlə "tvitt" paylaşmalar dünyanın artıq ABŞ-ın birtərəfli rəftarlarından youlduğu gerçəkliyini dəyişə bilməz."

Zərif həmçinin yazıb: ABŞ-ın ticarətini durdurmaq və Amerikada 100 min iş yerinin itirilməsi önəmli deyil. Amma, dünya tələsik "tvitt"lərlə diktə edilənləri izləməyəcək. Bunu Avropa Birliyi, Rusiya, Çin və İranın onlarla digər ticarət şərikindən soruşa bilərsiniz. 

Məhəmməd Cavad zərif hamçinin yazıb: Beynəlxalq əlaqələr "qlobal sülh" barədə çürümüş ifadələrdən istifadə etmək yarışı deyil. Və, bir militaristin "qlobal sülh" üçün savaş başlatdığını iddia etməsi də yeni hadisə deyil. 

ABŞ prezidenti Donald Tramp bazar ertəsi günü 6 avqustda bir fərman imzalayaraq, avtomobilqayırma və qızıl üzrə qeyri-qanuni sanksiyaları yenidən bərpa etdi. 

ABŞ prezidenti 8 may tarixində Vaşinqtonun nüvə anlaşmasındna çıxdığını elan edərək, İrana qarşı nüvə sanksiyalarının 3 və 6 ay müddətinə iki mərhələdə bərpa olunacağını bildirdi. Dünya Trampın bu qərarını qınadı. 

Teqlər