Avq 09, 2018 21:33 Asia/Baku
  • Tramp Amerikasının qayğılı günləri
    Tramp Amerikasının qayğılı günləri

ABŞ prezidenti öz çılğın rəftarları ilə sadəcə müttəfiqlərini deyil, amerikalıların da səbrini sınağa çəkməyə başlayıb. Buna görə də, Tramp-ın rəhbərliyi altında ABŞ hər gün yeni hadisənin intizarında olmalıdır. Xüsusilə qarşıda Tramp və administrasiyasını çox gərgin günlərin gözlədiyini demək olar.

Rəy sorğularına əsasən amerikalılar daha çox Trampın rəqiblərinə doğru meylləniblər. Buna görə də tezliklə ABŞ Konqresinə seçkilərdə demokratların respublikaçılar üzərində qələbə çalması ehtimalı heç də zəif deyil.

Rusiya ilə məxfi əlaqələr işi də həssa mərhələyə çatıb. Müşavirləri Donald Trampdan oğlu ilə rus vəkil arasındakı görüş barədə hər hansı açıqlama verməkdən çəkinməsini istəyiblər. Zirə Trampın açıqlamalarındakı ziddiyyətlər onun üçün başağrısına çevrilməyə başlayıb.

Amerikadakı xarici medialar birliyinin sədr müavini Balen Uilyams ötən 40 ildə Amerikadakı siyasi prosesləri izləyərək, əldə etdiyi təcrübə əsasında deyir:  “Tramp ABŞ əleyhinə Avropa Birliyi, Rusiya, Çin və Hindistandan ibarət çox güclü bir müxalifət cəbhəsi yaradıb. Tramp onların hər birini fərqli formada qəzəbləndirməyi bacarıb. Ölkə daxilində də müxaliflərinin sayı az deyil. Qənaətimə görə əgər bir qədər səbr etsək, xüsusilə İran əleyhinə sanksiyalar məsələsində, fiasko ilə üzləşəcək.”

Amerikalıların təqribən 60%-i Trampın siyasətlərinə qarşıdır. Bəzi insanlar isə bu həyəcanın sonda ölkələri üçün problem yaradacağından nigarandır.

 

Teqlər