Avq 16, 2018 17:45 Asia/Baku
  • Ərəbistanda daha bir universitet müəllimi saxlanılıb

Səudiyyə Ərəbistanı rejimi bu ölkənin daha bir universitet müəllimini ittihamı elan olunmadan həbs edib.

Mehr İnformasiya Agentliyinin əl-Əhdə istinadla verdiyi məlumata görə, Ərəbistanda hüquq dairələri bildiriblər: Ali-Səud rəsmiləri Məhəmməd Bin Səud İslam Universitetində Dinin Üsulları İnstitutunun sabiq müəllimi və təbliğatçı Nasir əl-Öməri Ərəbistanda ictimai vəziyyəti tənqid etdiyinə görə həbs ediblər.

Məlumata görə, bu universitet müəlliminin Twitter hesabatı da bloklanıb.

Bundan öncə Mədinədə Təyyibə Universitetinin Quran İnstitutunun sabiq rektoru Əhməd əl-İmari də övladlarından biri ilə saxlanılmışdı.

Heç bir ittihamı elan olunmadan və qanuni proseduraları keçməyən saxlanılmış universitet müəllimlərinin sayı 16 nəfərə çatıb.

Ötən bir ildə ABŞ və İsrailin regiondakı siyasətlərini izləyən Ərəbistanın vəliəhdi Məhəmməd Bin Salmanın iş başına gəldiyi vaxtdan onlarla iş adamı, ruhani, şahzadə və alim həbs olunub və azadlıqdan məhrum edilib.

Teqlər