Avq 17, 2018 09:46 Asia/Baku
  • Ş.İrlandiyada Britaniya və sionist rejim bayraqları yandırılıb
    Ş.İrlandiyada Britaniya və sionist rejim bayraqları yandırılıb

Sionist rejimin və Britaniyanın bayraqları Şimali İrlandiyanın Deri şəhərində respublikaçılar tərəfindən yandırılıb.

RT-nin verdiyi məlumata görə, Şimali İrlaniya polisi Deri şəhərində respublikaçıların çərşənbə günü mərasimlərindəki atəşfəşanlıqları irqçilik mahiyyəti daşıyan cinayətkar əməl hesab edib. 

Çərşənbə gecə deri şəhərinin qədim divarlarına üç yandırıcı bomba tullanıb və bununla əlaqədar bir nəfər saxlanılıb. 

Mərasim iştirakçıları həmçinin Şimali İrlandiya ordusunun yaraqlıları ilə toqquşmada öldürülmüş polis Deyvid Bləkin adını yandırıblar. 

sionist rejim və Britaniya bayraqlarının yandırılması isə Deri şəhərinin Baqsaid ərazisində baş veib. Burada 1972-ci ildə britaniyalı hərbçilər aksiyaçıların üzərinə atəş açdılar və 14 nəfəri öldürdülər . Həmin gün qanlı bazar kimi Şimali İrlandiyanın təqviminə daxil olub . Həmən gün aksiyada iştirak edənlər Britaniya dövləti tərəfindən həbslərə etirazlarını bildirmək istəyirdilər. 

 

Teqlər