ABŞ-ın hava qoşunlarının acizliyi ifşa edilib
Amerikada bir araşdırma mərkəzinin araşdırmalarının nəticələri ABŞ ordusu hava qoşunlarının 4 zəif nöqtəsi o sıradan uzun müddətli missiyalardakı zəifliyinin üstünü açıb.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Amerikan RAND araşdırma mərkəzinin son tədqiqatlarının nəticələri göstərir ki, Amerikanın öz hava qoşunları üzərində böyük məbləğdə investisiya qoymasına rəğmən bu ölkənin hava qoşunları hələ bütün hava sahələrində uğurlu fəaliyyət göstərməyə qadir deyillər və uzun müddətli missiyaların həyata keçirilməsində çoxlu problemlərlə üz-üzədirlər.
RAND mərkəzi öz araşdırmalrını "Rusiya ilə soyuq müharibə", "Çin" , "Sülh əməliyyatları" və " anti-terror missiyalar" kimi 4 ehtimal olunan sennari üzərində həyata keçirib.
Bu məlumata görə, Amerikanın təyyarələrindən heç biri bu dört sennarinin heç birində tam şəkildə qabiliyyətli ola bilmirlər.
Mərkəz sonra ABŞ hava qoşunlarının komandanlıq, nəzarət, rabitə, informasiya, casusluq, müşahidə əməliyyatlarına nəzarət və döyüş sahələrindəki növbəti zəif nöqtəsi barədə bildirir: Bir ildən artıq uzanan missiyalarda ABŞ hava quvvələrinin fəaliyyət keyfiyyəti gözə çarpacaq dərəcədə zəifləyir .